Hizbullahın önəmli ismi öldürüldü

Hizbullahın önəmli ismi öldürüldü
20 Apr 2025 22:59

İsrail ordusunun Livanda keçirdiyi əməliyyat zamanı 4400-cü bölmənin komandir müavini, Hizbullah üzvü Hüseyn Əli Nəsr öldürülüb.


News365.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.


"4400-cü bölmənin komandir müavini vəzifəsini icra edən terrorçu Hüseyn Əli Nəsrə zərbə endirilib", - ordunun bəyanatında deyilir.


Bildirilib ki, Nəsr Livana qeyri-qanuni silah göndərilməsini koordinasiya edib, iranlı əməliyyatçılarla qarşılıqlı əlaqədə olub.


Sizin reklam burada
Sizin reklam burada