“İsrail Livandan qoşunların çıxarılmasını da əhatə edən çərçivə sazişini yalnız “Hizbullah” hərəkatının tərksilah edilməsi istiqamətində real addımlar atıldıqdan sonra həyata keçirməyə razı olacaq”.
News365.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Qendelman “TASS” agentliyinə müsahibəsində bildirib.
Baş nazirin müşavirinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” təhlükə yaratmağa davam etdiyi müddətcə Livan ərazisində qalmağa və qarşıya qoyulmuş döyüş tapşırıqlarını icra etməyə davam edəcək:
“Saziş üzrə irəliləyiş yalnız Livan tərəfi İran tərəfindən dəstəklənən radikal hərəkatın tərksilah edilməsi üçün real və yoxlanıla bilən tədbirlər görməyə başladıqdan sonra mümkün olacaq”.
Qeyd edək ki, vəziyyətin tənzimlənməsi üzrə danışıqların növbəti mərhələsi avqustun 4-dən 6-dək Romada baş tutacaq.