"Həyat səhvlərdən, peşmanlıqlardan ibarətdir": Nurəddin Mehdixanlı

"Həyat səhvlərdən, peşmanlıqlardan ibarətdir": Nurəddin Mehdixanlı
20:44

"Əgər bir insan deyirsə ki, mən heç vaxt peşman olmamlşam o, yalan danışır. Çünki bu həyat səhvlərdən, peşmanlıqlardan ibarətdir".

Bu sözləri xalq artisti Nürəddin Mehdixanlı deyib. Həyatın insanı necə formalaşdırdığından söz açan sənətçi vurğulayıb:

"Səhvlər, günahlar, aldadılmaq bütün bunlar həyat məktəbidir. Bütün bunlar insana dərs olur. Yıxılacaqsan, duracaqsan, büdrəyəcəksən. Büdrəyib gəzməyi öyrənəcəksən. Səni aldadacaqlar, beləsini taniyib daha aldanmamağa çalışacaqsan. Sənə xəyanət edəcəklər. Bundan sonra artıq yol gedəcəyin adamları seçəndə daha diqqətli olacaqsan. Bu cür həyat maraqlıdır. İnsan təckə gülməkdən, əylənməkdən ötrü yaranmayıb.İnsanı insan edən ağrıdır, dərddir. Bütün bunlar insanı yaralayır, amma möhkəmlədir. İnsan isti dəmir kimidir, həyat insanı döydükcə insan bərkiyir, güclü olur".


Sizin reklam burada
Sizin reklam burada