ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus təyyarə Kaliforniyada qəzaya uğrayıb.
News365.az “Fox News”a istinadən xəbər verir ki, hadisə Nort-Aylend aviabazasının yaxınlığında San-Dieqo körfəzinin üzərində baş verib.
Bildirilib ki, radioelektron mübarizə üçün nəzərdə tutulan “Boeing EA-18G Growler” hərbi təyyarəsi qəzadan sonra suya düşüb.
Təyyarədə olan iki pilot katapult edərək sağ qala bilib. Balıqçı gəmisi tərəfindən xilas edilən pilotlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın səbəbi isə açıqlanmayıb.