Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxladıqları İsrail girovlarından birini öldürməklə hədələyib.
News365.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadalarının nümayəndəsi Əbu Ubeydə Teleqram kanalında məlumat yayıb.
Onlar bildirib ki, İsrail ordusu girovların saxlanıldığı əraziyə yaxınlaşmağa davam edərsə, nəticəsi ağır olacaq:
"İsrail hərbçiləri girov Matan Zangaukerin saxlandığı yeri mühasirəyə alıb və biz onu diri-diri azad edə bilməyəcəklərini təsdiq edirik. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq".