HƏMAS əsirlərin siyahısını sabah İsrailə verəcək

HƏMAS əsirlərin siyahısını sabah İsrailə verəcək
00:03

HƏMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı əsirlərin siyahısını İsrailə sabah verəcək.


News365.az xəbər verir ki, bunu HƏMAS-ın İordan çayının qərb sahilindəki qanadının rəhbəri Zaher Cabarin deyib.


"Sabah biz İsrailə döyüşçülərimiz tərəfindən saxlanılan dörd əsirin adını verəcəyik, əvəzində isə fələstinli girovların siyahısını təhvil alacağıq", - Cabarin vurğulayıb.


Mübadilə siyahılar təhvil verildikdən bir gün sonra - yanvarın 25-də baş t

utacaq.