Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
26 Yan 2026 23:40

Sabah Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.

News365.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində sayğacın quraşdırılması və eyni zamanda R.Məmmədov küçəsində qaz kəmərində sızmanın aradan qaldırılması məqsədilə yanvarın 27-də saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada