Hakimləri təhqir edən şəxslərə cəza verildi

Hakimləri təhqir edən şəxslərə cəza verildi
14:34

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

News365.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyevi 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülovu isə 5 oyunluq diskvalifikasiya edib.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya olunub.


Sizin reklam burada
Sizin reklam burada