Güzdəkdə sexdə YANĞIN

Güzdəkdə sexdə YANĞIN
13:37

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə News365.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam edir.



    Sizin reklam burada
    Sizin reklam burada