Gürcüstanın yeni daxili işlər naziri məlum oldu

Gürcüstanın yeni daxili işlər naziri məlum oldu
28 May 2025 14:20

Gela Geladze Gürcüstanın yeni daxili işlər naziri təyin edilib. 

News365.az xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bildirib. 

G.Geladze müxtəlif idarələrdə, o cümlədən Təhsil Nazirliyində, Müdafiə Nazirliyində və Təhlükəsizlik Xidmətindıə müavin postlarında çalışıb. 

Xatırladaq ki, Qərb ölkələrinin sanksiyaları altında olan keçmiş daxili işlər naziri Vaxtanq Qomelauri bu səhər ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirərək, istefa verdiyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada