Gürcüstandan 107 nəfər deportasiya edildi - Azərbaycanlılar da var

Gürcüstandan 107 nəfər deportasiya edildi - Azərbaycanlılar da var
15:23

Ötən ay Gürcüstanda yaşama və olma qaydalarını pozan 107 əcnəbi ölkədən çıxarılıb.

News365.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rusiya, Azərbaycan, Hindistan, Pakistan, Misir, Türkiyə, İran, Nigeriya, Kamerun, Sudan, Banqladeş, İordaniya, Myanmar, Nepal, Suriya və Efiopiya vətəndaşları olan həmin şəxslərin ölkəyə girişi qadağan edilib.

DİN-in məlumatına əsasən, bu ilin ilk 9 ayı ərzində Gürcüstandan 852 nəfər xarici ölkə vətəndaşı qovulub ki, bu da 2022, 2023 və 2024-cü illərdə deportasiya edilmiş əcnəbilərin ümumi sayını əhəmiyyətli dərəcədə üstələyir


Sizin reklam burada
Sizin reklam burada