Gürcüstanda etirazçılarla polis arasında toqquşma baş verdi

Gürcüstanda etirazçılarla polis arasında toqquşma baş verdi
16 Apr 2024 21:26

Gürcüstan parlamentinin binasının xidməti girişində etirazçılarla polis əməkdaşları arasında toqquşma baş verib.

News365.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Gürcüstan parlamentariləri hazırda xarici agent haqqında qanun layihəsinin birinci oxunuşunu nəzərdən keçirirlər.

Əksəriyyəti “Yeni” Partiyasının üzvləri olan etirazçılar deputatların və parlament işçilərinin binanı tərk etmələrinin qarşısını almaq üçün xidməti girişdə düşərgə salmaq qərarına gəliblər.

Polis məmurları onlardan darvazadan uzaqlaşmalarını istədikləri zaman qarşıdurma baş verib.

Hələlik həbs olunanlar barədə məlumat verilmir.


Youtube kanalımız

Oxşar xəbərlər