Günəşin səthindən möhtəşəm görüntü

Günəşin səthindən möhtəşəm görüntü
07 İyn 2025 22:30

ABŞ-ın Milli Günəş Rəsədxanası Havaydakı Inouye teleskopu ilə Günəş səthinin aydın görüntüsünü yayımlayıb.


News365.az xəbər verir ki, fotoda ilk dəfə olaraq eni təxminən 20 kilometr olan incə maqnit zolaqları müşahidə olunub.


Məlumata görə, alimlər bu zolaqları Günəşdəki maqnit aktivliyinin "barmaq izi" kimi dəyərləndirirlər.


"Dailygalaksi"nin yaydığı məlumata görə, bu kəşf Günəşin davranışını - xüsusilə də fırtınaları və püskürmələri daha dəqiq proqnozlaşdırmağa kömək edə bilər. Belə hadisələr isə Yerdə GPS sistemlərinə, elektrik şəbəkələrinə və peyklərə təsir edə bilər.


NSO-nun alimi David Boboltz bildirib ki, bu görüntü görəcəklərimizin sadəcə başlanğıcıdır.


Sizin reklam burada
Sizin reklam burada