Günel Gözəlova yayılan məlumatı təkzib etdi: "Bu çox ayıb və jurnalistikaya zidd addımdır"-FOTO

Günel Gözəlova yayılan məlumatı təkzib etdi: "Bu çox ayıb və jurnalistikaya zidd addımdır"-FOTO
13:08

Bu gün bir çox xəbər saytları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri Günel Gözəlova vəzifəsindən azad olunması ilə bağlı məlumat paylaşıb.Məlumatda deyilirdi ki, o öz ərizəsilə tutduğu vəzifədən azad edilib:

“G.Gözəlova ötən ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu. O, əvvəllər Lider TV-nin aparıcısı olub”.

News365.az xəbər verir ki, Günel Gözəlova yayılan xəbəri təkzib edib. O özünün Facebook səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz həmkarlarım, doğmalarım, dostlarım, səhəri "Günel Gözəlova işdən çıxarıldı"-başlıqlı xəbərlərlə açdım. Bu çox ayıb və jurnalistikaya zidd addımdır. 6 ayda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyi tərəfindən 2 dəfə Təşəkkürnaməyə layiq görülmüşəm. Və mənim özümdən soruşmadan, elə sizlərdən olan biri ilə bağlı bu tərzdə gündəm yaratmaq jurnalistika deyil”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada