Bu gün paytaxt Bakıda müşahidə olunan güclü yağış və şiddətli külək şəhər sakinlərini çətin vəziyyətdə qoyub. Şəhərin bir sıra ərazilərində leysan nəticəsində yollar su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
News365.az xəbər verir ki, havanın kəskin dəyişməsi bəzi yerlərdə ağacların aşması ilə nəticələnib. Sakinlər təhlükəli vəziyyətlərlə üz-üzə qalıb. Güclü külək və yağış səbəbilə açıq havada hərəkət etmək çətinləşib.
Hadisə ilə bağlı yayımlanan görüntüləri təqdim edirik: