GTA sevənlərə ŞAD XƏBƏR

GTA sevənlərə ŞAD XƏBƏR
07 May 2025 17:35

Son illər video oyun dünyasında ən çox gözlənilən layihələrdən biri olan "GTA 6" haqqında yeni məlumatlar paylaşılıb. 

News365.az xəbər verir ki, bu oyun "Rockstar Games" şirkətinin ən populyar seriyalarından biri olan "Grand Theft Auto"nun yeni hissəsi olaraq oyunçular tərəfindən böyük maraqla gözlənilir. Lakin oyun sevərlərin səbrini daha bir az sınamağa davam edəcək bu oyunun buraxılış tarixi nəhayət ki, müəyyənləşib və təqdimat mərhələsi üçün son hazırlıqlar gedir.

"Rockstar Games" studiyası nəhayət ki, məşhur "GTA 6"nın buraxılış tarixini açıqlayıb. Yeni oyun 26 may 2026-cı ildən etibarən PS5 və "Xbox Series" platformalarında təqdim ediləcək. Bu barədə şirkət sosial şəbəkələrdə və rəsmi saytında xüsusi bir post paylaşaraq xəbər verib.

Tərtibatçılar oyunun yüksək keyfiyyətini təmin etmək və fanatların gözləntilərini tam şəkildə qarşılayacaq bir məhsul təqdim etmək üçün əlavə zamana ehtiyac duyduqlarını vurğulayıblar.

Əvvəlcə "GTA 6"nın 2025-ci ilin payızında yayımlanması planlaşdırılırdı.

Qeyd edək ki, seriyanın əvvəlki oyunu olan "GTA 5" 10 il əvvəl təqdim edilib və bu oyun dünyanın ən çox satılan ikinci video oyunudur. O vaxtdan bəri bu oyunun 185 milyon nüsxəsi satılıb.


Sizin reklam burada
Sizin reklam burada