Görünüş dəyişdi, reaksiyalar qarışıq - FOTOLAR

Görünüş dəyişdi, reaksiyalar qarışıq - FOTOLAR
13:19

Türkiyəli müğənni Sılanın son görünüşü pərəstişkarlarının təəccübünə səbəb olub.

News365.az xəbər verir ki, instaqram hesabında konsertindən fotolar paylaşan müğənninin izləyiciləri onun botoks etdirdiyini iddia edən rəylər yazıblar.

Şərhlərdə Sılanın botoks və dolğulardan həddindən artıq istifadə etdiyi vurğulanıb.

Sosial şəbəkə istifadəçiləri “Sıla İrem Derici oldu” və “Sıla haradadır?” tipli şərhlər yazaraq onun yeni görünüşünə etiraz ediblər.

Qeyd edək ki, şəxsi həyatı ilə tez-tez gündəmə gələn Sıla uzun müddətdir aktyor İlker Kaleli ilə sevgilidir.









Sizin reklam burada
Sizin reklam burada