"Görməyi ən çox arzuladığım ölkə Özbəkistan idi" Tünzalə Ağayeva

"Görməyi ən çox arzuladığım ölkə Özbəkistan idi" Tünzalə Ağayeva
01:17

Xalq artisti Tünzalə Ağayeva Özbəkistana səfərindən sonra təəssüratlarını bölüşüb. Sənətçi bu ölkəyə olan marağını və tarixi abidələrindən aldığı ilhamı vurğulayıb:


"Dünyada görməyi ən çox arzuladığım ölkə Özbəkistan idi. Camaat deyir ki, gedim Amerikaya, Maldivə, mən isə Taşkənti görmək istəyirdim. Onlar bizi öndə görürlər. Biz, doğrudan da, ölkə olaraq onlardan çox qabaqdayıq. Bizə çox hörmət edirlər. Mən Özbəkistana getdim, ürək dolusu qayıtdım. 2500 yaşı olan Səmərqəndi gördüm. O şəhər nələri görüb..."

Tünzalə Ağayeva hər kəsə tarixi olan ölkələrə səyahət etməyi tövsiyə edib: "Tarixi olan ölkələrə gedin. Orada insan mənəvi olaraq dolur."



Youtube kanalımız