General Moskvaya hücum edənləri "Oreşnik"lə hədələdi

General Moskvaya hücum edənləri "Oreşnik"lə hədələdi
11 Mar 2025 11:46

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri general Andrey Kartapolov diqqət çəkən fikirlər səsləndirib. O, qeyd edib ki, bu gün Rusiya regionlarına olan kütləvi pilotsuz təyyarə hücumlarına “Oreşnik”lə cavab verilməlidir. 

“Qərar Ali Baş Komandanın ixtiyarındadır. Amma mən belə hesab edirəm ki, bu, artıq reallaşmalıdır. Hətta birdən çox atılsa yaxşıdır”, - deyə deputat bildirib.

Qeyd edək ki, bu gün Rusiyaya kütləvi PUA hücumları olub. Təkcə Moskvada 69 PUA vurulub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural 


Sizin reklam burada
Sizin reklam burada