"Su ilə bağlı istehlakçılara bir məsələni çatdırmaq istəyirəm: Su firmalarını dəyişin ki, daim təzə olsun. "
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sözləri Tv365 kanalında deyib.
"Ən yaxşısı 20 litrlik su qablarıdır – sifariş verirsiniz, gətirirlər, eyni şirkətdən alırsınız. Amma bu doğru deyil. Şirkəti dəyişin, başqasından alın. Suyu daim dəyişərək için – lazım olanda bulaq suyu için, lazım olanda krandan için, lazım olanda yanınızda olan sudan için. Mümkün qədər çox su için, bunu da deyə bilərəm.
Üstəlik – iki dəfə qaynadılmış su içməyin. Bu, ağır sudur və sağlamlıq üçün zərərlidir. Bunu nəzərə alın. Ən yaxşı hal odur ki, suyun qida təhlükəsizliyi baxımından təsiri, onun mənbəyi ilə bağlılığı və görülən işlərlə tənzimlənir. Bu yaxşı haldır.
Amma hər şey yaxşı görünsə də, məlumatın yanlış verilməsi məsələsi də mövcuddur. Bu səbəbdən, heç kim buna etinasız yanaşmamalıdır. Su balonlarının yarısı haradan yığılıb, yarısı təmizlənib – bəlli deyil. Su təbiətin möcüzəsidir. Ona görə də diqqətli olmalısınız.
Suyu dəyişin için, ölkədə normal sular da var. Biz gələcək nəsillərin ən yaxşı su dövrünü yaşayırıq. Gələcəkdə su ilə bağlı ciddi problemlər olacaq"- deyə fikirlərini tamamlayıb.