Gədəbəydə ailə faciəsi baş verib.
Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.
İlkin məlumata görə, 37 yaşlı kişini atası İ. İlyasov bıçaqlayaraq qətlə yetirib. Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.