Fransız şahmatçının atası yarışda qalmaqal yaratdı

Fransız şahmatçının atası yarışda qalmaqal yaratdı
17 Apr 2024 10:44

Fransanı təmsil edən qrossmeyster Əlireza Firuzcanın atası şahmat turnirində qalmaqala səbəb olub. 

Xarici KİV-in yaydığı məlumata görə, insident Firuzcanın ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşdığı 10-cu tur oyununda baş verib. Həmidreza Firuzca mühafizəçilərdən oğlunun amerikalı rəqibi ilə qarşılaşmasına baxa bilməsi üçün onu içəri buraxmağı tələb edib. Baxmayaraq ki, turnirin qaydalarına əsasən, qohumlara zalda olmaq üçün cəmi 15 dəqiqə vaxt verilir.

Chess24.com-un məlumatına görə, aqressiv ata mühafizəçilərdən polisə şikayət edəcəyi ilə hədələyib. Nəticədə dava salan kişi ərazidən uzaqlaşdırılıb.Firuzca ailəsinin problemləri bununla bitməyib. Karuana bu oyunda fransız şahmatçıya qalib gələ bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər