Fransanın keçmiş baş naziri: “Paris İrana nüvə zərbəsi endirə bilər”

Fransanın keçmiş baş naziri:  “Paris İrana nüvə zərbəsi endirə bilər”
15 Apr 2024 21:30

Fransanın keçmiş baş naziri Manuel Vals İrana nüvə zərbəsi endirilməsinin mümkünlüyünü istisna etməyib.

O, LCI TV-yə müsahibəsində deyib ki, bütün diplomatik vasitələr tükəndiyi halda, Tehranın öz nüvə silahına malik olmasını gözləmədən Paris belə bir addım atmalıdır.

Onun sözlərinə görə, diplomatik kanallar fəaliyyətini dayandırarsa, Fransanın zərbə vura biləcəyi ideyası nəzərdən keçirilməlidir.

Sabiq baş nazir vurğulayıb ki, Fransa maraqlar və narahatlıqlar haqqında əvvəlkindən daha çox düşünməlidir.

Valls həmçinin Parisi hərbi münaqişəyə cəlb oluna biləcəyi ehtimalına hazırlaşmağa çağırıb.


Youtube kanalımız

Oxşar xəbərlər