"Fox News": "Fordoya taktiki nüvə silahı atıla bilər"

"Fox News": "Fordoya taktiki nüvə silahı atıla bilər"
11:45

Vaşinqton İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə zərbə endirmək üçün taktiki nüvə silahından istifadə edilməsini istisna etmir. Bu barəfə Fox News-un jurnalisti Ceki Heynrik Ağ Ev rəsmilərinə istinadən X-də yazıb.


Rəsmilər qeyd ediblər ki, heç bir variant, o cümlədən taktiki nüvə silahları Fordo obyektinə qarşı istifadə üçün istisna edilmir.


Bir gün əvvəl “Axios” nəşri də mənbələrə istinadən yazmışdı ki, ABŞ İranın Fordodakı nüvə obyektini dünyanın ən güclü qeyri-nüvə bombası ilə vura bilər.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural


Sizin reklam burada
Sizin reklam burada