FHN rəis müavini vəzifəsindən azad edildi - Generalın qardaşı imiş

FHN rəis müavini vəzifəsindən azad edildi - Generalın qardaşı imiş
13:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis müavini vəzifəsindən azad olunub.

News365.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifəsdən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə “dərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub./// Qaynarinfo


Sizin reklam burada
Sizin reklam burada