Fəzail Ağamalının səhhəti ilə bağlı ƏN SON MƏLUMAT

Fəzail Ağamalının səhhəti ilə bağlı ƏN SON MƏLUMAT
14:37

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının rəhbərlik etdiyi partiyanın bu yaxınlarda keçirilən qurultayında gərginlik yaşanıb. Hadisə zamanı Fəzail Ağamalının səhhəti pisləşib və o evə getdikdən sonra həkim çağırılıb.

Bəs hazırda Fəzail Ağamalının səhəti necədir?

Məsələ ilə bağlı News365.az Fəzail Ağamalı ilə əlaqə saxlayıb. Partiya sədri telefonla verdiyi açıqlamada səhhətinin hazırkı vəziyyəti barədə bunları deyib:

“Çox sağ olun, səhhətim normaldır. Yavaş-yavaş düzəlirəm.”

Qurultaydan sonra partiyada baş verənlərlə bağlı sualımıza isə Fəzail Ağamalının cavabı qısa oldu:

“Müəyyən işlər gedir. Sizi yaxın zamanda ətraflı məlumatlandıracağam.”


Sizin reklam burada
Sizin reklam burada