Xalq artisti Flora Kərimova şəxsi münasibətlər və qalmaqallı açıqlamaları ilə diqqət çəkib.
News365.az xəbər verir ki, o, müğənni Faiz Ağayevlə bağlı açıqlamasında bildirib ki, münasibətləri baş tutmayıb və bir hadisə zamanı sözlərə görə narazılıq yaşanıb.
“Bu yaxınlarda bir nəfər məni çox təriflədi. Bizim münasibətlərimiz baş tutmadı. Mən ağılı ağıllıdan umuram, uşaq deyiləm. Bir dəfə bir hadisə oldu və heç lüzum yox idi bu sözü deməyə. Faiz Ağayev mənə dedi ki, ‘Qıcqırılmış eqo’. Ondan sonra Faiqə üzümü bozartdım. O da başa düşdü ki, bunun axırı pis ola bilər”, – deyə Flora Kərimova bildirib.
Xalq artistinin sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
News365.az