Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
“News365.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Prezident Türkiyənin hava qüvvələrinin gücləndirilməsi istiqamətində aparılan işlərdən danışıb.
O, “Eurofighter” döyüş təyyarələri ilə bağlı danışıqların müsbət yöndə irəlilədiyini deyib:
“İngiltərə və Almaniya ilə “Eurofighter” mövzusunda müsbət addımlar atdıq. Eyni zamanda Qətər və Omanla da danışıqlarımız oldu. Onların inventarındakı təyyarələrdən alma ehtimalımız var.”
F-35 proqramı ilə bağlı suala cavab verən Ərdoğan ABŞ Prezidenti Donald Trampla son görüşlərində müsbət nəticələr əldə olunduğunu qeyd edib:
“F-35 məsələsində Trampla atdığımız addımlar ümidvericidir. Ümid edirəm ki, verilən sözlər yerinə yetiriləcək və Türkiyə bu təyyarələrlə daha güclü imkanlara sahib olacaq”.