25 yanvar 2025-ci
il tarixdə Azad İstehlakçılar İctimai Birliyinin 1998-ci ildən
eyni gündə keçirilən ənənəvi 29
cu ümumi yığıncağı keçırilib. İclasda AİİB-in 14 rayon nümayəndəliyindən və Bakı ofisindən olan şəxslər iştirak edib.
News365.az xəbər verir ki, artıq
29 ildir ki, AİİB üzvləri ildə bir dəfədən az olmayan və AİİB-in nizamnaməsində
nəzərdə tutulan ümumi yığıncağa toplanır.
Yığıncaqda 2025-ci ilin yekunlarına
dair AİİB-in sədri Eyyub Hüseynovun
illik hesabatı, Nəzarət təftiş komissiyasının sədrinin hesabatı,maliyyə
hesabatı dinlənilmış və təşkilatı məsələyə baxılıb.
Ümumi
yığıncaq AİİB-in idarə heyyətinin(İH) tərkibıni olduğu kimi saxlayıb, Eyyub
Hüseynov idarə heyyətinin sədri,Miryaqub
Ələkbərov İH-nin sədr müavini, Nüsrət Qasımov, Habil İsgəndərov,Əlisəfa
Mehdiyev idarə heyyətinin üzvləri təsdiq edilib.
Nəzarət təftiş
komissiyasının (NTK)üzvlərinin tərkibində dəyişiklik olub.Karikatura ustası
Seyran Cəfərli NTK-na üzv secilib.
NTK-nın tərkibi elmlər
doktoru,arxitektor İlqar Əliyev, Nizami Müsayevdən və Seyran Cəfərlidən ibarət 3 nəfər AİİB üzvlərindən ibarət tərkibdə iseçıliblər.
İclas Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə reyestrdən çıxarış almaq üçün səlahiyyətli
şəxs olaraq Eyyub Hüseynovu seçib.
News365.az