Ev iti dəhşət saçdı

Ev iti dəhşət saçdı
11 Mar 2025 14:20

Rusiyada ev iti ilə bağlı dəhşətli hadisə baş verib. Belə ki, Surqutda it uşağa hücum edərək onunn ayağından xyli ət qoparıb. Zədənin görüntüləri "Surqut Megapolis" Telegram kanalında "ürək zəifliyi üçün deyil" başlığı ilə yerləşdirilib.


Hadisə şəhərin daça kooperativlərindən birində baş verib. Yayımlanan fotoşəkilə əsasən, heyvan uşağın sağ ayağından tutub dərisini və ətini qoparıb. 


Telegram kanalına açıqlama verən uşağın anası qeyd edib ki, yayılan xəbərdən sonra aqressiv itin sahibi tapılıb və məsələ “sülh yolu ilə” həll olunub.

Ev itinin bu cür ciddi fəsadlara səbəb olan aqressivlik göstərməsi sosial şəbəkələrin Rusiya seqmentində də ciddi müzakirələrə səbəb olub. "Gazeta.ru" nəşri də məlum olay haqqında yazı dərc edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada