"Əsrin müqaviləsi"nin həlledici rolu - ŞƏRH

"Əsrin müqaviləsi"nin həlledici rolu - ŞƏRH
20 Sen 2024 12:52

“Əsrin müqaviləsi Azərbaycan müasir iqtisadiyyatının iqtisadi sosial vəziyyətinin formalaşmasında əsas həlledici rol oynayan bir sazişdir. Azərbaycanın sonraki onilliklərdə həyata keçirdiyi iqtisadiyyat, sosial təhlükəsizlik və xarici siyasətinin bünövrəsini təşkil edir.”

Bu sözləri News365.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.



“Əsrin kontraktının bağlandığı ərəfədə Azərbaycan ciddi iqtisadi maliyyə çətinliklər yaşayırdı. Bu kontrakt sadəcə hansısa yatağın istismarını yox, həm də ölkənin beynəlxalq əlaqələrinin formalaşması kimi məsələləri həll etdi. Bununla belə, gərgin və kəskin siyasi sabitsizlik fonunda dünya siyasətində, iqtisadiyyatında neft sahəsi üzrə söz sahibi olan iri şirkətlərin  Azərbaycana cəlbini təmin etdi. Bu baxımdan “Əsrin müqaviləsi” həm Azərbaycanın indiki iqtisadiyyatının formalaşmasında mühim rol oynayıb, həm də təhlükəsizlik məsələlərinin formalaşmasında vacib dəstək verib.

Azərbaycan bu lahiyənin icrasından sonraki illərdə 10 milyarlarla dollar qazanc əldə etdi.”

Müsahibimizin sözlərinə görə, əldə edilən uğurlar və irəliləyiş birbaşa bu layihə ilə bağlıdır.

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsində də əsrin müqaviləsi layihəsinin icrası mühim rol oynayıb. Azərbaycanın hazırda regional liderə çevrilməsi, tranzit ölkə kimi dünya iqtisadiyyatına özünü təqdim etməsi, Avropanın enerji təhlükəsizliyində mühim rol alması birbaşa bu layihənin nəticəsidir.

Ölkədə yoxsulluğun azalması, yeni iş yerlərinin açılması, ölkə infrastrukturunun yenidən qurulması, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və hazırkı bərpasında bu lahiyə mühim rol oynayır. 2050-ci ilə qədərdə oynamağa davam edəcək.”


Youtube kanalımız

Oxşar xəbərlər