2025-ci ilin dövlət büdcəsi nə vəd edir?

2025-ci ilin dövlət büdcəsi nə vəd edir?
19 Sen 2024 09:33

Xəbər verdiyimiz kimi Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. Bununla da ilkin sənəddə gələn ilin dövlət və eləcə də icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib. Təsadüfi deyil  ki, yeni layihədə ən çox diqqəti çəkən məqamlardan biri də gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənmə imkanları ilə bağlıdır.

Mövzu ilə bağlı News365.az–a danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, sənədə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır:

“2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq. İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir”.

Nəzərə alaq ki, 2025-cü ildə dövlət büdcəsinin xərcləri 39 milyard 667 milyon manat proqnozlaşdırılır. Bunun 24 milyard 957 milyon manatı və ya 63,0 faizi cari xərclərə, 12 miltard 310 milyon manatı və ya 31,0 faizi əsaslı xərclərə, 2 milyard 399 milyon manatı və ya 6,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər