2025-ci ilin dövlət büdcəsi üçün neftin qiymətinin 70 dollar götürülməsi hansı risqlər yaradır? - AÇIQLAMA

2025-ci ilin dövlət büdcəsi üçün neftin qiymətinin 70 dollar götürülməsi hansı risqlər yaradır? - AÇIQLAMA
19 Sen 2024 09:16

Günün mövzusu 2025-ci ilin dövlət büdcəsidir. Ötən gün Maliyyə Nazirliyinin açıqlamasından sonra qızğın müzakirələr yol açılıb. Əmək haqları və pensiya nə qədər artacaq? Hansı sahələr prioritet elan ediləcək və sair. Əlbəttə ki, neftin sürətlə ucuzlaşdığı bir dövrdə 2025-ci il dövlət büdcəsində neftin ixrac qiymətinin nə qədər götürülməsidir. Çünki, büdcə gəlirləri əsasən neft-qaz ixracından əldə edilən gəlirlər hesabına formalaşır.

Məsələ ilə bağlı News365.az–a danışan iqtisaçı ekspert Eldəniz Əmirov bildirib ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollar götürülüb:

“Bu da təbii ki, riskli yanaşmadır. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu ilə müqayisədə 0,6 % artaraq 36 milyard 616 milyon manat, xərcləri isə 0,2 faiz azalaraq 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 milyard 51,6 milyon manat proqnozlaşdırılır ki, bunun da 87,6%-nin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir.

Aydın məsələdir ki, neft qiymətinin az götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaqdır. Kəsirin qapadılması isə borclanmanı artıracaqdır. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb”.

Bəs, qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə neft qiymətiin uzun müddətli aşağı olması halında ödəliklər necə təmin ediləcək?

Müsahibimiz qeyd edib ki, borclanmanın artırılması, transfer və digər vəsitələrlə xərclər qarşılana bilsə də sonrakı proseslərdə əlavə “qayğılar” yaranacaq:

“Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı. İlin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu da deyil. Onsuz da, hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın. Düşünürəm ki, Milli Məclisin yeni formalaşmış komandası qanun layihəsinin müzakirəsi zamanı bu risk faktorunun azaldılması üçün bu təkliflərlə çıxış edəcəklər”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər