Yanvarın 28-də Rusiyanın "Qazprom" energetika şirkətinin direktorlar şurası şirkətin Belçikanın Brüssel şəhərində və Yaponiyanın paytaxtı Tokioda nümayəndəliklərinin ləğvi məsələsini müzakirə edəcək.
News365.az "TASS"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmçinin bu həftə "Qazprom" şirkətin mərkəzi ofisində kütləvi ixtisarlar planlaşdırılır.
"Qazprom" İdarə Heyəti sədrinin müavini, İnformasiya Siyasəti Departamentinin rəhbəri Sergey Kupriyanov bu xəbəri təsdiqləyib.