Tramp Ukraynada sülh üçün sanksiya planı hazırlayır
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası yaxın aylarda Rusiya ilə Ukrayna arasında sülh nizamlanmasına kömək etmək üçün genişmiqyaslı sanksiyalar planı hazırlayır.
News365.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
“Baxılan variantlar arasında sülh sazişinə xoşməramlılıq jesti kimi Rusiya neft şirkətlərinə qarşı sanksiyaların qismən yumşaldılması da var. Başqa bir yanaşma Moskva üzərində təsir rıçaqlarını artırmaq üçün sanksiya təzyiqinin gücləndirilməsini nəzərdə tutur”, - məlumatda deyilib.