Ermənistanda vitse-qubernatorun oğlunun məzarı partladıldı - VİDEO

Ermənistanda vitse-qubernatorun oğlunun məzarı partladıldı  - VİDEO
25 Apr 2024 12:34

Aprelin 23-də Ermənistanın Qeqarkunik rayonunun Noratus kəndində partlayış baş verib. Partlayış səsi qəbiristanlığdan gəlib.

News365.az xəbər verir ki, “ArmLur” saytı partlayışın təfərrüatlarını araşdırıb. 

"Agentliyimizə daxil olan məlumata görə, bir nəfər Qeqarkunikin vitse-qubernatorunun 7 il əvvəl öldürülmüş oğlunun məzarı üzərinə partlayıcı yerləşdirməyə cəhd edib. Lakin bombanın quraşdırılması zamanı o partlayıb və həmin şəxs dünyasını dəyişib. Bu hadisədən bir neçə saat sonra isə Noratusdakı evlərdən birində atışma səsləri də eşidilib", - nəşr yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər