Ermənistanda oğul atasını amansızcasına qətlə yetirib

Ermənistanda oğul atasını  amansızcasına qətlə yetirib
20 Apr 2024 12:09

Ermənistanda oğul atanı amansızcasına qətlə yetirib. News365.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb. Qeyd edilir ki, hadisə dünən axşam saatlarında baş verib. 

"Armavir rayonunda cəmiyyəti sarsıdan ağır qətl hadisəsi baş verib. Saat 21:30 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin qaynar xəttinə Geqakert kəndindəki evlərdən birində bıçaqlanma ilə bitən mübahisə barəsində məlumat daxil olub. Məlum olub ki, 1 nəfər vəhşicəsinə bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.  Lakin o, ölüb. Ölən şəxsin Geqakert kənd sakini, 62 yaşlı Nerses Aleksanyan olduğu üzə çıxıb. Polis və müstəntiq onu da müəyyən edib ki, həmin gün məişət zəminində yaranmış mübahisə zamanı N.Aleksanyanın oğlu, 38 yaşlı Vahe Aleksanyan mətbəx bıçağı ilə atasının sinəsinə xeyli sayda zərbə vurub",- Shamshiyana istinad edən yerli media yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər