Ermənistanda ağır qəza: 10-dan çox yaralanan və ölənlər var

Ermənistanda ağır qəza: 10-dan çox yaralanan və ölənlər var
29 May 2025 10:25

Bu gün Ermənistanda xeyli sayda insanın ağır xəsarətlər almasına səbəb olan avotomobil qəzası baş verib. Yerli medianın yaydığı məlumata görə, Araqatsotn vilayətində yanğınla nəticələnən qəzada ölən də var. 

"Saat 08:00 radələrində Kuçak qəsəbəsinin inzibati ərazisində, İrəvan-Vanadzor avtomobil yolunda "Opel Zafira" və "Volkswagen" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Opel” yolun hərəkət hissəsindən çıxaraq yanıb", - kriminal xəbər saytı olan "Shamshiyan" yazıb. 


Hadisə yerində olan saytın müxbirinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər yerindəcə ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aparan Tibb Mərkəzinə yerləşdirilib.

Bəzi saytlar ölənlən və yaralananların sayının çox olduğunu yazıblar.

Ölkə mediasında gündəmə çevrilən qəzaya səhiyyə naziri Anahit Avanesyan da reaksiya verib. O, Facebook-da yazıb: "Aparan-Kuçak avtomobil yolundakı qəzadan sonra 12 nəfər müxtəlif dərəcəli sınıqlarla Aparan Tibb Mərkəzinə yerləşdirilib. 27 yaşlı hadisə qurbanın səhhəti isə son dərəcə ağırdır, onun təyyarə ilə İrəvana aparılması təşkil olunur".


Tural


Sizin reklam burada
Sizin reklam burada