2 gün öncə Vaşinqtonda
Ermənistan və ABŞ arasında imzalanan xartiyanın detalları ilə tanış olduqda, sənədin
əsas məqsədlərindən birinin ABŞ-ın İran sərhəddinə daha yaxın mövqelər əldə etməsi
olduğu açıq şəkildə görünür. Bu müqavilə, Cənubi Qafqaz regionunda ABŞ-ın
geosiyasi təsirini artırmağa yönəlmiş strateji addımların bir hissəsi kimi qiymətləndirilə
bilər.
Eyni zamanda,
Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulundan sonra fəaliyyəti məhdudlaşdırılan
Qərb fondları və qeyri-hökumət təşkilatları üçün Ermənistan yeni fəaliyyət mərkəzi
olaraq nəzərdə tutulur. Sənəddə bu məqsədə xidmət edən bir neçə maddə öz əksini
tapıb. Bunlar, müxtəlif sahələrdə əməkdaşlıq adı altında ABŞ-ın regiondakı kəşfiyyat
şəbəkəsini qorumaq və möhkəmləndirmək niyyətini göstərir.
Belə görünür
ki, Ermənistan, Qərb ölkələrinin Cənubi Qafqazdakı strateji maraqlarını təmin
etmək üçün yeni bir vadi rolunu oynamağa hazırdır.
Aqil Məmmədov, ekspert