Ermənistan ötən il kartof ixrac edə bilməyib

Ermənistan ötən il kartof ixrac edə bilməyib
16 Apr 2024 15:39

2023-cü ildə Ermənistandan kartof ixracı demək olar ki, sıfıra bərabər olub. News365.az xəbər verir ki, bu barədə Ermənistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Arutyunyan keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fermerlərə dəstək tədbirləri kartofçuluğun inkişafına kömək etmir. Bu tərəvəz növünün Ermənistanda becərilməsi o qədər də ucuz başa gəlmir.  Hər hektar əkin üçün təxminən 1 milyon 600 min dram (təxminən 4 min dollar-red.) tələb olunur.

Qeyd edilib ki, bu ildən etibarən dövlət dəstəyi ilə olan sığorta təminatı azaldılır: kartof sahələrini yalnız doludan sığortalamaq mümkün olacaq. Məhsul şaxtadan sığortalanmayacaq: "Nəticədə Ermənistana kartof idxalı artır. Rusiyadan 2022-ci ildə təxminən 5,8, 2023-cü ildə 7,7 min ton kartof idxal edilib".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər