Ermənistan MTX-nin əməkdaşları Səhiyyə Nazirliyində axtarışlar aparır

Ermənistan MTX-nin əməkdaşları Səhiyyə Nazirliyində axtarışlar aparır
16 Apr 2024 13:31

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX), İstintaq Komitəsinin əməkdaşları Səhiyyə Nazirliyi və Yerevan tibb mərkəzlərindən birində axtarışlar aparır.News365.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

O həmçinin qeyd edib ki, bu səs-küyə səbəb olan axtarışlarla bağlı daha sonra əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, “Hraparak” qəzeti "səhiyyə ocaqlarından biri" deyilərkən söhbətin "Wigmore" tibb mərkəzindən getdiyini yazıb. Nəşr iddia edir ki, axtarış klinikanın direktoru Zaven Koloyanın kabinetində aparılıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər