Ermənistan KTMT-yə olan borcunu ödəmir

Ermənistan KTMT-yə olan borcunu ödəmir
07 Mar 2025 10:03

Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, o zaman təşkilatın üzvü olan dövlətlər müxtəlif “ssenari”ləri nəzərdən keçirə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

O qeyd edib ki, bununla belə heç bir ölkə təşkilatdan qovulası deyil.

Diplomat qeyd edib ki, gələn ilin yanvarına kimi İrəvanın 2 illik borcu yığılacaq: “Lakin təşkilata üzv başqa ölkələrin də texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub”.

Qeyd edək ki, Ermənistanın KTMT-də iştirakı 2024-cü ilin fevralından dondurulub.


Sizin reklam burada
Sizin reklam burada