Martın 8-də Ermənistanın hökumət binası qarşısında müharibədə itkin düşmüş hərbçilərin valideynləri etiraz aksiyası keçiriblər.
Aksiyanın iştirakçıları əsasən qadınlar olublar. Onlar bayram günündə hökumət binasına gələrək hakimiyyətdən övladlarının və yaxınlarının taleyinə aydınlıq gətirmək üçün real addımlar atmağı tələb ediblər.
Aksiya iştirakçılarından biri Sputnik Ermənistan-a açıqlamasında bunları deyib: "Bizim üçün bayram anlayışı yoxdur. Uşaqlarımızı gözləyirik. Sevincimiz ancaq uşaqlarımızdır!".
Aksiya iştirakçılarının əllərində tutduqları şüarlarda isə bayram güllərinin onlar üçün yalnız övladları sayılması qeyd edilib. Erməni analar övladlarının dönüşlərini gözlədiklərini də yazıblar. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda heç bir işğalçı əsgərin cəsədi qalmayıb. Ermənistana məxsus hər bir əsir də mövcud deyil.
Tural