Erməni siyasətçilər arasında çəkişmə, xaos: "Meymun özünsən!"

Erməni siyasətçilər arasında çəkişmə, xaos: "Meymun özünsən!"
03 May 2025 10:05

Ermənistanın “Milli Təhlükəsizlik” partiyasının rəhbəri Qarnik İsaqulyanın Qarabağ erməniləri barədə qalmaqallı açıqlamaları müxalifəti təmsil edən siyasi qüvvələrin hiddətinə səbəb olub. Ermənistan Milli Assambleyasının "Hayastan" fraksiyasının üzvü Qeqam Manukyan sosial şəbəkə hesabında İsaqulyanın fikirlərini əks etdirən videonu paylaşaraq yazıb: “Bu yaxınlarda Qarnik İsaqulyanın çıxışını əks etdirən bir video "Artsax"a (Ermənilərin Qarabağa verdikləri qondarma ad-red.) nifrəti ilə seçilən və  Nikolun tezislərini müdafiə etməsi ilə tanınan bir kanalda yayılandan sonra bəziləri tərəfindən sevinclə paylaşılır.

İllərdir müxtəlif kölgədə dayanan ağalarına xidmət edən, tez-tez satqın və təxribatçılığı ilə diqqət çəkən birisinə sadəcə bir söz deyə bilərəm: siz özünüz meymunsunuz! Ağalarınıza xidmət edən meymun. Ehtiyatlı ol Qarnik... Odla oynayırsan, ya da meymun kimi qumbaranı əlində tutub onu oyuncaq hesab edirsən. Bu təhdid deyil. Bu, sadəcə, siyasətdə meymunun və oyun oynayan bir meymunun təsviridir...”.

Qeyd edək ki, İsaqulyanın yayılan videosunda partiya rəhbəri “Hayastan” fraksiyasının deputatlarını təhqir edir. O deyib ki, fraksiyanın hamısı bir yerdə bir meymunun zəkasına sahib deyil.


Tural


Sizin reklam burada
Sizin reklam burada