Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət gərginləşib. Hökumət genişmiqyaslı təqib və axtarışlara başlayıb. Səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlar keçirilir. Arxiyepiskopun iqamətgahı nəzarətə götürülüb. Yerli media yazıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqratın 4 saatdan artıqdır ki, axtarışların aparıldığı iqamətgahından çanta və qutular götürüblər. "Çöldə toplaşan Milli Assambleyanın deputatları və vəkillər içəri buraxılmayıblar.
Xatırladaq ki, səhər saatlarından etibarən “Müqəddəs Mübarizə” tərəfdarlarının və bir sıra müxalifətçilərin evlərində axtarışlar aparılır.
İstintaq Komitəsi rəsmi məlumat yayıb ki, “Müqəddəs mübarizə” hərəkatı terrora və hakimiyyəti ələ keçirməyə cəhd edib", - "Mamul" nəşri yazıb.
Tural