Erməni kəndlilər Qazaxın kəndlərini qaytarmaq istəmirlər

Erməni kəndlilər Qazaxın kəndlərini qaytarmaq istəmirlər
20 Apr 2024 12:22

Ermənistanın Tavuş bölgəsinin sərhəd kəndlərinin sakinləri təxribat xarakterli aksiya keçiriblər.

News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, kəndlilər hakimiyyətin bu bölgədə sərhədin demarkasiyası və delimitasiyasına başlamaq qərarına etiraz ediblər. Onlar Kiranç kəndində toplaşaraq İrəvana Azərbaycan kəndlərini geri qaytarmağa imkan verməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, dünən Qazaxın işğalda qalan 4 kəndinin qaytarılması barədə razılıq əldə olunub. Bununla bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər