Ermənilərin tanınmış araşdırmaçı jurnalisti Voskan Sarkisyan diqqət çəkən fikirlər səsləndirib. "Mamul" nəşri yazır ki, o, ölkədə cərəyan edən siyasi xaosdan gileylənib: “Düzünü desəm, mən Ermənistanda siyasi axmaqların, yoxsa satqınların çox olduğunu müəyyən edə bilmirəm. İnternetə nəzər salanda görürsən ki, insanların böyük əksəriyyəti xarici qqüvvələri və ya onların erməni əlaltılarını tərifləyir, ya da tənqid edir.
Bəziləri üçün Rusiya xilaskar, bəziləri üçün isə satqındır. Digərləri üçün Fransa bizim dostumuzdur. Bəziləri ABŞ, Avropanı bizə dost sayıt. Dövlətlərin daimi dostları və düşmənləri olmur. Sadəcə xarici dövlətlərlə əməkdaşlıq yolu ilə qorunmalı olan daimi maraqlar var. Sizlər Ermənistanın bütün varidatını əcnəbilərə satıb öz payınızı almısınız. Artıq xaricilərə verecek bir şey qalmadığından Qarabağı da masaya qoydunuz. Qarabağ əldən çıxdı, indi isə isə Ermənistanı hissələrlə vermək növbəsi gəlib. Siz xalqı ittiham edirsiz. Hansı ki, özünüz də yaxşı bilirsiniz ki, xalq deyəndə müxtəlif sosial qrupların, müxtəlif maraqları güdən, idarə olunması vacib sayılan, birləşməyə ehtiyacı olan insanların məcmusu nəzərdə tutulur. Niyə 100-dən çox siyasi partiya yaratdınız? Qarabağ əldən çıxdı, Ermənistanın sərhəd rayonlarında, Kirançda torpaqlar təhvil verildi, parlament idarəetmə sistemi olan Milli Assambleyadan bir deputat da istefa vermədi”.
Tural