Ərdoğan İslam dövlətlərinə çağırış etdi

Ərdoğan İslam dövlətlərinə çağırış etdi
30 May 2025 19:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dövlətlərini iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çağırıb.

O, bu barədə İstanbulda keçirilən ikinci Dünya İslam İqtisadi Zirvəsindəki çıxışında deyib.

“İslam dünyası olaraq biz öz aramızda ticarət, investisiya, maliyyə və əməkdaşlıq imkanlarını maksimum dərəcədə artırmalıyıq. İnanıram ki, aparılan və aparılacaq müzakirələr çox faydalı olacaq”, - Türkiyə lideri bildirib.


Sizin reklam burada
Sizin reklam burada