Ərdoğan gün ərzində ikinci dəfə Trampla danışdı

Ərdoğan gün ərzində ikinci dəfə Trampla danışdı
15 İyn 2025 20:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son sutka ərzində ikinci dəfə amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.


News365.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.


Ərdoğan Trampın İsrail-İran münaqişəsinə son qoyulması yönündə mövqeyini alqışlayıb.


Türkiyə lideri bildirib ki, iki ölkə arasında münaqişə tərəflərə geri dönüşü olmayan iqtisadi və mülki ziyan vurub.


Qeyd edək ki, Ərdoğan və Tramp arasında ötən gün də telefon danışığı baş tutmuşdu.


Sizin reklam burada
Sizin reklam burada