Əməkdar artist keçmiş həyat yoldaşı ilə bir arada

Əməkdar artist keçmiş həyat yoldaşı ilə bir arada
05 Mar 2025 14:58

Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkkül ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, aktrisa əri ilə tədbirlərin birində çəkilən fotosunu sosial şəbəkədə yayımlayıb.

Mürvətova Təvəkkül ilə görüşünü bu sözlərlə nəql edib:

“Cavidlə sonuncu şəklimiz səhv etmirəmsə, 2006-cı ildə olmuşdu. 2025 ci il “Spinozanın Tanrısı” bizi bir araya gətirdi. Əsl peşəkarlar düşmən olsalar belə, sənətə görə bir araya gələrlər. Nəzərə alsaq ki, biz düşmən deyilik. O, mənim oğlumun atasıdır. Cavidin uğurları məni həmişə sevindirib. Eləcə də mənim uğurlarım onu. Yaşasın sənət, sənətə xidmət edən peşəkar insanlar”.

Qeyd edək ki, 2000-ci ildə C.Təvəkkül ilə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanıb. Cütlüyün Orxan adlı bir oğlan övladı var. 


Sizin reklam burada
Sizin reklam burada